Benzinlə işləyən maşın sürənlərin NƏZƏRİNƏ - Bu tarixdən...
22:07 24 Aprel 2018
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra “Avro-5” standartlı benizinin ixracına başlayacaq.
Femida.az Trend-ə istinadən xəbər verir ki, benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək:
“Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton və ya ümumi istehsal gücünün 39 faizi, benzin istehsalı 2,2 milyon ton və ya 29 faiz, o cümlədən Aİ-92 – 16 faiz və Aİ-95 – 13 faiz təşkil edəcək. “Azərikimya” İB üçün xammal istehsalı 6 faiz, bitum və koks istehsalı 5 faiz, mayeləşdirilmiş karbohidrogen qazının istehsalı 1 faiz təşkil edəcək”.
Dövlət şirkətinin nümayəndəsi qeyd edib ki, daxili bazardan başqa, istehsal olunan məhsulların bir hissəsi ixraca gedəcək:
“İstehsal olunan benzinin 25, dizel yanacağının 40 və təyyarə yanacağının 40 faizinin ixrac edilməsi planlaşdırılır”.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi 2021-ci ilin əvvəlində yekunlaşacaq. Modernləşmədən sonra zavodun gücünün ildə 6 milyondan 7.5 milyon tona çatacağı bildirirlir.
Oxunub: 3513
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- TƏCİLİ XƏBƏR! Tarif Şurasından benzin və dizelin qiyməti ilə bağlı QƏRAR
- Aİ-92 markalı benzinlə bağlı VACİB XƏBƏR: İyun ayının 1-dən...
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- SON DƏQİQƏ! Benzinin qiyməti ilə bağlı "SOCAR PETROLEUM" açıqlama yaydı
- Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub
- Aİ-92 benzinin gömrük rüsumundan azad edilməsinin səbəbi açıqlanıb
- Benzinin qiyməti ucuzlaşacaq? SOCAR-dan açıqlama
- "Yanacağa bəzi qatqılar əlavə edilir" - SOCAR rəsmisi
- Azərbaycanda “Aİ-95” markalı benzinin bahalaşmasının səbəbləri açıqlanıb