İlham Əliyevin Türkiyə səfəri başladı - FOTOLAR


22:23     24 Aprel 2018 18_04_24_1524579916.jpg


Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

Femida.az xəbər verir ki, hava limanında onu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Dövlət başçısı hava limanında endikdən sonra Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib.

Qeyd edək ki, bu, ölkə başçısının yenidən prezident seçilməsindən sonra ilk səfəridir.









Femida.az

Açar sözlər: #İlham_Əliyev   #Türkiyə   #səfər   #siyasət  

Oxunub: 2279