Kəmalə Ağazadənin məhkəməsi başlayır


23:01     24 Aprel 2018 18_04_24_1524582230.jpg

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin barəsindəki cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Femida.az -ın xəbərinə görə, cinayət işi hakim Zeynal Ağayevin icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Açar sözlər: #Məhkəmə   #Polis  

Oxunub: 896