Şəmkirdə toy yasa döndü - 2 ölü, 3 yaralı


23:16     24 Aprel 2018 qeza3.jpg

Şəmkirdə ağır yol qəzası baş verib.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Qəza   #Kriminal  

Oxunub: 802