3 yaşayış məntəqəsinə qaz verilib


23:23     24 Aprel 2018 18_04_24_1524583462.jpg

Bu gün Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay qəsəbələrinə ilk dəfə təbii qaz verilib.


“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və Birliyin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 029 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 95 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində, eləcə də Çaxçaxlı və Seyidlikəndyeri kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Açar sözlər:

Oxunub: 1142