İraq Suriyanı bombaladı


00:51     25 Aprel 2018 suriya`_231.jpg

İraq Hərbi Hava Qüvvələri koalisiyanın köməkliyi ilə terrorçu İŞİD-in obyektinə zərbələr endirib.


Femida.az -ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Rayan Dillon bildirib.

"Bu həftə İraq Hərbi Hava Qüvvələri bizə məlum olan və İŞİD yaraqlılarının daşınması üçün istifadə edilən baş qərargaha zərbələr endirib. Bu çətin əməliyyat İraqın təhlükəsizlik qüvvələri və koalisiyanın köməkliyi ilə planlaşdırılaraq həyata keçirilib", - o deyib.

Açar sözlər: #İraq   #Bağdad   #Suriya  

Oxunub: 732