Qaxda avtomobil uşağı vurub
01:57 25 Aprel 2018
Qaxda 5 yaşlı uşağı minik avtomobili vurub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 17 radələrində rayonun Oncallı kəndi ərazisində baş verib. Oncallı kənd sakini Elvin adlı şəxs idarəetdiyi «VAZ 21064» markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə yolun kənarı ilə hərəkət edən kənd sakini 2013-cü il təvəllüdlü Cavid Xəyyam oğlu Cabbarovu vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı Cavid Cabbarov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan verilən məlumata görə, Cavid Cabbarova qapalı kəllə-beyn travması diaqnozu qoyulub. Cavid Cabbarova xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 811
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb