Bu xanıma vəzifə verildi: nazir təyin edildi (FOTO)


02:51     25 Aprel 2018 18_04_24_1524596149.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 24-də Muxtar Respublikanın mədəniyyət nazirinin təyin edilməsi haqqında fərman imzalayıb.


Femida.az -ın məlumatına görə, fərmana əsasən Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.

Qeyd edək ki, Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Turizm Departamenti yaradılıb.

Natəvan Qədimova bundan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.

Açar sözlər: #Nazir   #Naxçıvan   #Sərəncam   #Vasif_Talıbov   #Prezident  

Oxunub: 7465