Dəmiryolu Vağzalında nə qədər sərnişin daşınıb?


13:12     25 Aprel 2018 1366626710_1334389247_demiryolu.jpg

Dəmir yolu nəqliyyatı ilə 2018-cı ilin yanvar-mart aylarında 610,2 min sərnişin daşınıb.


Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 1,7 faiz artım müşahidə olunub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 307 vaqon yüklənib, 381 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 11,7 min ton, qərb istiqaməti üzrə 4,5 min ton, cənub istiqaməti üzrə isə 0,3 min ton yüklənmə işi yerinə yetirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 986