Futbolda gülməli hadisə - Hakim bayraqsız qaldı (VİDEO)


14:09     25 Aprel 2018 18_04_25_1524636706.jpg

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul” – “Roma” matçında maraqlı hadisə baş verib.


Femida.az xəbər verir ki, görüşün baş hakimi Feliks Brixin köməkçilərindən olan laynsman Ştefan Lupun artıq 5-ci dəqiqədə bayrağında problem yaranıb.

Yan xətt hakimi belədə yeni bayraqdan istifadə etməli olub. Lakin o yenisini dəyişməyə macal tapmamış oyun davam etdirilib.

Bu anda “Liverpul”un braziliyalı hücumçusu Roberto Firmino oyundankənar vəziyyətə düşüb. Ştefan Lup məcburiyyətdən bayraqla yox, bayrağın çubuğu ilə "ofsayd" qərarını verməli olub.

Qeyd edək ki, hazırda davam edən görüşdə “Liverpul” “Roma”ya 5:2 hesabı ilə qalib gəlir.


Açar sözlər: #Futbol   #Maraqlı   #Video   #Liverpul   #Roma  

Oxunub: 3033