Vəzifə verilən deputatları kimlər əvəz edəcək? - Namizədlər var


15:27     25 Aprel 2018 kreslo%20teyinat.jpg

Azərbaycan Milli Məclisinin hökumətdə təyinat alan deputatlarının qanunverici orqanın komitələrində boş qalan yerlərinə namizədlər irəli sürülüb.


Femida.az-ın məlumatına görə, MM-in mayın 1-də keçiriləcək iclasında Gənclər və idman komitəsində boşalan yerlərə deputatlar Azər Badamovun və Eldəniz Səlimovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Femida.az

Açar sözlər: #Milli_Məclis   #Deputatlar   #Qaçqınkom  

Oxunub: 1144