Oğru dünyasının himni “Dolya vorovskaya”-nın tarixi


20:01     23 Sentyabr 2015 144ccaf99a717a3a7fb792b5d30257f2.jpg


SSRİ dövründə bütün dalanlarda və zirzəmilərində oxunan “Dolya vorovskaya”-nın müəllifinin kim olması uzun müddət müzakirə və mübahisə mövzusu olub. Daha çox “oğru dünyası”-nın sevimli mahnısı olan “Dolya vorovskaya”-nın müəllifi haqqında müxtəlif versiyalar var. Femida.az “Dolya vorovskaya”-nın yaranma tarixi, ifaçıları və müəllifi haqqında araşdırma aparıb.

Mahnı haqqında axtarış verərkən bir neçə xalqın nümayəndəsinin ifasında nəticələr əldə etmək olar. Sözsüz bu mahnı qafqazda yaranıb.

Bəs dünyaya səs salan “Dolya vorovskaya” əslində kimə məxsusdur?

Bir sıra erməni mənbələrində mahnının müəllifi kimi Bakıda anadan olan erməni əsilli müğənni Bokanı göstərsələr də bu yalnış versiyadır. Boka bu mahnının məşhur və sevilən ifaçısı olsa da, əslində müəlliflik hüququ ermənilərə yox, gürcülərə məxsusdur. Bunu tarixi filmdən olan kadrlar da sübut edir.





Belə ki, “Dolya vorovskaya” ilk dəfə 1959-cu ildə Levan Xotivarinin rejissorluğu ilə “Gürcüstanfilm”in istehsal etdiyi “Bənddə əhvalat” (“Sluçay na plotine”) filmində səslənib. Mahnının bəstəkarı Bidzina Kvernadzedi, sözləri isə Petr Qruzinskidir. (Baqration) Filmin giriş hissəsində müəllif açıq şəkildə göstərilir. Məsələ burasındadır ki, original “Dolya vorovskaya” müasir dövrdə eşitdiyimiz mahnıdan fərqli olaraq daha həzin ritmdə olub. Daha sonralar mahnının ritmində və sözlərində dəyişiklik edilib və daha çox ritmik janr əlavə edilib. İlk vaxtlar oxunan “Dolya Vorovskaya”-nın sözləri məhz bu cür olub.Sözlərə diqqət yetirsək, burada məhz Tiflis və Batumi şəhərlərinin adları qeyd edilir.

Текст (слова) песни «Доля воровская»
Когда я родился под забором,
Черти окрестили меня вором.
Мать родная назвала Романом,
А теперь я шарю по карманам.

Мать родная назвала Романом,
А теперь я шарю по карманам.
Менты запрятали меня в неволю,
Сам себе я выбрал эту долю.

А теперь пишу тебе родная,
Вот какая доля воровская.
А теперь пишу тебе родная,
Вот какая доля воровская.

С малолетства нары и решётка,
Карты, анаша, чифирь и водка.
Вот такая в жизни моя доля,
А ночами снится только воля.

Вот такая в жизни моя доля,
А ночами снится только воля.
Я в Тбилиси воровал немало,
А в Батуми заложили гады.

И пишу тебе моя родная,
Вот какая доля воровская.
И пишу тебе моя родная,
Вот какая доля воровская.


Mahnının tarixi barədə maraqlı məqamlardan biri kimi gürcü araşdırmaçı jurnalist Şаlvа Rаmişvili ilə bağlı olmasıdır.O, dörd il Gürcüstanda qanuni oğrularla bir həbsxanada yatmış və mahnının ilkin versiyasında dəyişiklik edərək yeni sözlərini yazıb. Yeni sözlərdə polislərin işi və dövləti qoruması əks olunur. Sonrakı illərdə mahnı sürətlə qonşu ölkələrə yayıldı. Bir sıra qafqaza xalqları bunu öz dillərində və versiyalarında oxumağa başladı.


Mahnı “Oğru aləmi”-nin himninə çevrildi. Aleksandr Tkaçev və “Amerikanka” qrupu, Stepan Arutyunyan və “Belomorkanal” qrupu, Mr.Credo, Boka, Daniko, Sergey Baroçkin, Valeriy Tivçenko, Eyyub Yaqubov, Atxam, Qriqoriy Dimant, Efi, Yuriy Nastyuk və “Arqo” qrupu, “Dombay” qrupu, Vladimir Vısotski, “Axas” qrupu, Mixail Zvezdinskiy, Maksim Krivoşeev, İvan Bannikov, İosif Edidiev, Aydinçik, “Blatnoy udar” və Nurik Tatdanov “Dolya vorovskaya”nı oxuyan tanınmış müğənni və musiqi qruplarıdır. Bir sıra mənbələr bunu məhz ermənilərə məxsus olduğunu iddia edirdi. Tarixi faktlardan da məlumdur ki, bu əslində gürcü xalqına məxsus mahnıdır.


Bəs necə olub ki, “Dolya vorovskaya” erməni müğənni Bokanın adı ilə məşhur oldu?


Bunun da maraqlı tarixçəsi var. Şanson mahnıların ifaçısı Boka həmin illərdə çox məşhur və sevilən ifaçı idi. Ötən əsrin 60-70- ci illərində qafqazda vəziyyət indiki kimi gərgin deyildi. Ona görə də, xalqlar arasında sıx olan əlaqə mahnının tez zamanda yayılmasına səbəb oldu. Boka özü çoxsaylı müsahibələrində deyir ki, populyarlaşmasında “Dolya Vorovskaya”nın böyük rolu olub. 70-ci illərdə, Daşkənddə ziyafətlərdən birində Boka “Dolya vorovskaya”nı oxuyub. Və bu zaman məclisdə iştirak edən qonaqlardan biri gizlicə onun səsini yazıb: “Bir neçə gündən sonra Daşkənddə hamı avtomobilində “Dolya vorovskaya”ya qulaq asırdı. Mahnı bütün Özbəkistana yayılmışdı. O ziyafətdə səsimi yazmasalar belə, başqa birində mütləq yazacaqdılar. Bundan sonra müxtəlif məclislərdə iştirak etməyimə baxmayaraq, çoxluq “Dolya vorovskaya”nı sifariş edirdi”.





Boka mahnını özününküləşdirmək məqsədi ilə 1988-ci ildə Amerika Birləşmiş Ştatlarında buraxdığı albomuna “Dolya vorovskaya” adını verir. Bundan sonra insanlarda belə fikir formalaşır ki, bu həqiqətən də Bokaya məxsusdur. Bokanın ifa etdiyi “Dolya vorovskaya”nın sözləri ilkin versiyadan fərqli olaraq bu cürdür:

Вот какая доля воровская - Вся жизнь одна - на тюрьме решётки.
И пишу тебе моя родная, ай, мама-джан!

Вот какая доля воровская. И теперь пишу тебе, родная, ай, мама-джан!
Вот какая доля воровская. Я в Тбилиси воровал не мало. А в Батуми заложили гады.

Kriminal aləmin himninə çevrilən bu mahnının Azərbaycanla da bağlı tərəfləri var.

Bizdə daha çox Dolya deyərkən Aydınçik (Aydın Vəliyev) yada düşür.Mətbuatda onun da bu mahnının tarixçəsi ilə bağlı açıqlamasına rast gəlmək olur. Şanson özü açıqlamasında “Dolya vorovskaya”nın müəllifinin Atarik adlı türkmən olduğunu söyləyib: “Mən bu barədə çox danışmışam. 1976-cı ildə gənc yaşlarımda Türkmənistanın Krasnovodsk (İndiki Türkmənbaşı-F.M) şəhərinə getmişdim. “Karavan” və başqa mahnıların müəllifi Atarik adlı türkmən balası var idi. Mən “Dolya Vorovskaya”nı birinci dəfə Krasnovodskda onun ifasında eşitmişəm. Dəqiq bilirəm ki, bu mahnının müəllifi Atarikdir. Eşitdim, xoşuma gəldi, “zapis” elədim. Daha sonra da mahnını Bakıda ifa etdim, gözlənilmədən tanındım. Mahnı mənim ifamda daha çox bəyənildi, daha çox qəbul olundu. Şayiələr gəzməyə başladı ki, guya “Dolya vorovskaya” mənimdi”.

Mahnının mətnini olduğu kimi saxladığını qeyd edən Aydınçik ona əlavələr etdiyini də bildirdi: “Mahnının mətni neçə kuplet idisə, eləcə də saxladım. Sadəcə özümdən əlavələr etdim. Bilirəm ki, bu mahnı haqqında çoxları çox söz deyir. Ancaq mahnının mətnində “Tbilisi”, “Batumi” sözləri yazılıbsa, bu ona dəlalət etmir ki, mahnı məhz gürcülərə məxsusdur. Sizə onu da deyim ki, Krasnovodskda kriminal bizə, Qafqaza nisbətən daha güclü olub”.




Aydınçik “Dolya vorovskaya”nın bəstəkarının Boka olması faktı ilə razılaşmadı: “Bəlkə də Boka məndən əvvəl oxuyub, deyə bilmərəm. Amma dəqiq onu deyə bilərəm ki, Boka Atarikə məxsus mahnını oxuyub”. Boka Daşkənddəki Avtomobil Yolları İnstitutunun məzunudur. Aydinçik isə Atarik faktının üstündə dayanır. Daşkənd və Krasnovodsk eyni coğrafiyaya aid olduğundan Bokanın mahnını Atarikdən götürməsi realdır. Mahnının mətnlərindən birində “Malçikom kazaxom ya rodilsya, Rodina Turkmenya moya” sözləri də mahnının Atarikə məxsusluğuna işarə edir.


Bundan əlavə Müğənni Eyyub Yaqubov da bu mahnının sevilən ifaçıları sırasındadır.O, mahnının kimə məxsus olması barədə dəqiq bir söz deməkdə çətinlik çəksə də, mahnının ruhunun Azərbaycan musiqisinə yaxın olduğunu söyləyib.






Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 28553