Ötən il 6 nəfər məcburi əməyə cəlb edilib


22:51     25 Aprel 2018 vilayet41.jpg

Ötən il Azərbaycanda 6 məcburi əməyə cəlb olunma faktı qeydə alınıb.

Femida.az-ın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, aparılan araşdırmalarla 5 qurbanın, o cümlədən 2 əcnəbinin ölkə daxilində ev qulluğunda və kənd təsərrüfatında istismar edildiyi məlum olub. Hər bir fakt üzrə başlanmış cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, təqsirkar şəxslər haqqında ittiham hökmləri çıxarılıb.

Hesabatda həmçinin qeyd olunub ki, ölkədə olma və yaşama qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 6330 nəfəri ölkədən çıxarılıb.

Femida.az

Açar sözlər: #İnsan-alveri   #məcburi   #əmək  

Oxunub: 1352


Oxşar xəbərlər