“Formula-1”in gündəliyi açıqlanıb


23:03     25 Aprel 2018 formula%201.jpg


Aprelin 27-29-da Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin gündəliyi açıqlanıb. Femida.az-ın məlumatına görə, yarış “Formula-2” pilotlarının sərbəst yürüşü ilə başlayacaq.

Onlar aprelin 27-də sıralama turunda da iştirak edəcəklər. Həmçinin, “Formula-1” iştirakçıları 2 sərbəst yürüşlə azarkeşlər önünə çıxacaqlar.

Ertəsi gün “Formula-2”də birinci yarış, “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu olacaq. Aprelin 29-da isə “Formula-2” üzrə ikinci yarış baş tutacaq. Günün sonunda isə Azərbaycan Qran-prisinin qalibləri müəyyənləşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1697