Avtomobil körpüdən aşdı: Yaralılar var


00:36     11 May 2015 avtomobil%20korpuden%20asdi%20femida.jpg

Şəmkir rayonunun Keçili kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumata görə, kənd sakini Faiq Alıyev sərxoş halda sürdüyü "VAZ 21011" markalı avtomobilin idarəetməsini itirərək onu Şəmkir çayı üzərindəki körpüdən dərəyə aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişini - Akif Rzayev ağır bədən xəsarətləri alıblar.

Yaralıları çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə qrupu cəlb edilib.

Hər iki yaralı 23 metr dərinlikdən çıxarılaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 605