Bakı məktəbində 1-ci sinif şagirdi zorlanıb? - RƏSMİ açıqlama


21:39     25 Aprel 2018 din-den%20seyyar%20xidmet5.jpg

Daxili İşlər Nazirliyi Bakıda məktəblinin zorakılığa məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.


Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Femida.az-ın sorğusuna cavabında qeydə edib ki, bəzi KİV-də paytaxtın Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar əslində hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkil yayılan dezinformasiyadır”.

Qeyd edək ki, mətbuatda Xətai rayonunda yerləşən orta məktəbin 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə məlumatlar yayılıb.

Femida.az

Açar sözlər: #Zorlanma   #Məktəbli   #Rəsmi   #DİN  

Oxunub: 4050