“Türkiyə dünyada bir gücdür” - İlham Əliyev
23:23 25 Aprel 2018
“Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var”.
Femida.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Türkiyədə baş verənləri böyük sevinclə qarşılayır: “Əziz qardaşımın liderliyi ilə Türkiyə böyük yol keçib. Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi sevindirir. Türkiyə dünyada bir gücdür. Getdikcə bu güc daha da böyüyür. Dostlar sevinir, düşmənlərin kefi pozulur. Əminəm ki, bundan sonra da Türkiyə yalnız qələbə və uğur yolu ilə gedəcək”.
Femida.az
Oxunub: 887
Oxşar xəbərlər
- “Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlər davam etdiriləcək” - Zakir Həsənov
- “Türkiyə bursları”na müraciət başladı
- “Türkiyə Azərbaycana dəstəyini əsirgəməyəcək”- Hulisi Akar
- “Türkiyə Prezidenti təhlükəsizlik tədbirlərinin möhkəmlənməsində mühüm rol oynayır”
- “Türkiyə hər zaman var olsun!” - Azərbaycan XİN
- “Türkiyə əsla münaqişəyə cəlb edilməyib" - İlham Əliyev
- “Türkiyə dəstəyini bir daha ifadə etdi” - Ceyhun Bayramov
- “Türkiyə Moskva razılaşmasını dəstəkləyir” - Lavrov
- “Türkiyə, Pakistan və Macarıstanın dəstəyini yüksək qiymətləndiririk” - Hikmət Hacıyev
- “Türkiyə Qarabağ məsələsində Azərbaycanı birmənalı dəstəkləyir” - Spiker