Atası ilə dalaşan şəxs özünü öldürdü - Salyanda şok olay
21:54 25 Aprel 2018
Salyan rayonunda atası ilə mübahisə edən gənc özünü bıçaqlayaraq öldürüb.
Femida.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Seydan kəndində baş verib.
Belə ki, kənd sakini, 25 yaşlı Seyidəli Mirvahid oğlu Miriyev bıçaq zərbələri aldığından Salyan Mərkəzi Xəstəxanasına gətirilərkən yolda ölüb.
Məlumata görə, S.Miriyev atasına bir neçə dəfə Bakıya işləməyə getmək istədiyini bildirib. Buna razı olmayan atası təsərrüfatla məşqul olmağı ona məsləhət görüb və aralarında mübahisə yaranıb. Bundan sonra S.Miriyev özünə bir neçə bıçaq zərbəsi vurub və xəstəxanaya aparılarkən yolda keçinib.
Qeyd edək ki, S.Miriyev ailəli olub, bir azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 2681
Oxşar xəbərlər
- Abşeronda qətl törədən kriminal avtoritetə 18 il həbs cəzası verilib
- Ötən il Azərbaycanda 268 kriminal qrup zərərsizləşdirilib
- Bakıda qətl törədən kriminal avtoritetin məhkəməsində şahid dindirilib
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib
- Ötən günün kriminal xronikası
- Ötən 24 saatın kriminal xronikası