Qarajından yarım kiloqram narkotik çıxdı


02:48     26 Aprel 2018 2018/04/narkotik_1524680503.jpg

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Femida.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini Əlixan Məmmədovdan şəxsi axtarış zamanı marixuana aşkar edilib. Polis əməkdaşları onun yaşadığı evin həyətindəki qaraja baxış keçirərək orada gizlətdiyi 485 qram marixuananı da aşkar edilərək götürüblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: Qaraj   Narkotik   Polis   Marixuana  

Oxunub: 1301