Ermənistanda gərginliyin pik nöqtəsi: Məhbuslar həbsxanalardan qaçır


13:45     26 Aprel 2018 18_04_26_1524721607.jpg

Ermənistanda yaranmış vəziyyət cinayətkar qruplara münbit şərait yaradır.


Femida.az xəbər verir ki,AzVision.az -ın erməni KİV-lərinə istinadən məlumatına görə, aprelin 25-i saat 15:00 radələrində Nubaraşen həbsxanasında bir qrup məhbus cəzaçəkmə müəssisəsinin təhlükəsizlik xidməti əməkdaşlarına zor tətbiq etməklə onlardan kameraların açarlarını alıb.

Ermənistan prokurorluğunun yaydığı məlumata əsasən, məhbuslar həbsxanadan qaçmağa cəhd ediblər. Onların bu əməlinin qarşısı alınıb. Həbsdən qaçmağa çalışan məhbuslara yenidən cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Ermənistan   #Sarkisyan   #İrəvan   #Paşinyan   #Polis   #Rusiya  

Oxunub: 3399