Yeni nazir işdən çıxarılan kadra vəzifə verdi
14:26 26 Aprel 2018
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Murtuzəli Hacıyev yeni vəzifəyə təyin edilib.
Femida.az xəbər verir ki, 22 il həmin vəzifədə işləmiş M.Hacıyev Modern.az-a açıqlamasında bu illər ərzində səmərəli əməkdaşlığa görə, bütün media içilərinə, kolleqalarına minnətdarlığını bildirib: “Bu müddətdə bütün jurnalistləri özümə dost bilmişəm, eyni zamanda özümü də onların dostu hesab etmişəm. Hər zaman çalışdığım qurumu yüksək səviyyədə təmsil etməyə çalışmışam. 25 ildir bu nazirlikdə müxtəlif vəzifələrdə - Elm, təhsil baş idarəsində şöbə müdiri, Təbliğat şöbəsinin rəisi, Mətbuat xidməti şöbəsi yaradıldığı gündən indiyədək rəhbər vəzifədə işləmişəm.
Nazirliyə yeni təyin olunan cənab İnam Kərimova təcrübəmi, iş fəaliyyətimi nəzərə alaraq, mənə yenidən etimad göstərdiyinə görə dərin təşəkkürümü bildirirəm. Hazırda toxumçuluq sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin edilmişəm. Çalışacam ki, göstərilən etimadı doğruldum və bu vəzifəmin də öhdəsindən layiqincə gəlim.
Harada işləməyimdən, hansı vəzifədə olmağımdan asılı olmayaraq, dövlətimə sədaqətlə xidmət edəcəyəm”.
Oxunub: 3502
Oxşar xəbərlər
- İnam Kərimov onlayn müşavirə keçirib
- İnam Kərimov 13-cü Berlin Konfransında iştirak edib
- İnam Kərimov onlayn müşavirə keçirdi
- İnam Kərimov: "Qarabağda aqrar inkişafın planlaşdırılmasına başlanılıb"
- İnam Kərimov iki direktoru işdən çıxarıb
- İnam Kərimovdan yeni təyinat
- İnam Kərimov onları direktor təyin etdi
- İnam Kərimov vətəndaşları qəbul edib
- İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək
- “Kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə artıb” - İnam Kərimov