Mingəçevir SES bu il istifadəyə veriləcək


14:56     26 Aprel 2018 2018/04/mingecevir-ses_1524726063.jpg

"Cari ildə elektroenergetika sistemində bir sıra yeniliklərin olacağı gözlənilir".


Femida.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

E.Pirverdiyevin sözlərinə görə, 2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının bu il istifadəyə verilməsi nəzərdə tutulur.

“2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə "Şimal-2" elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan "Astara-1", "Oğuz-1", "Oğuz-2" və "Oğuz-3" kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə "Azərenerji" ASC-nin prezidenti deyə vurğulayıb.

Femida.az

Açar sözlər: #Mingəçevir   #SES   #Elektrik  

Oxunub: 3543