“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna - dəyişiklik edilir


15:41     26 Aprel 2018 2018/04/milli-meclis1-ee_1524642595.jpg

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik təklif olunub.

Femida.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən təklif olunan layihədə qanunun 8-ci (Toplantının qadağan edilməsi və ya dayandırılması) maddəsinin VIII (Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə Fövqəladə vəziyyət haqqında müəyyən edilmiş qaydada məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər) hissəsində “Fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilir, eyni zamanda ““Fövqəladə vəziyyət haqqında” qanunla müəyyən edilmiş qaydada” sözləri ““Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlara uyğun olaraq” sözləri ilə əvəzlənir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1297


Oxşar xəbərlər