Lənkəranda maskalı şəxslər evə basqın etdi


16:12     26 Aprel 2018 maska_0235.jpg

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Boladi kənd sakini olan qadın gecə saatlarında yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin onunla rastlaşdıqda pul vermələrini tələb etdiyini, pulu olmadığına görə onların aradan çıxdıqlarını bildirib.


DİN-dən Femida.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkldə şübhəli bilinən kənd sakinləri olan 3 yeniyetmə saxlanılıb.

​Araşdırmalar zamanı saxlanılanların ev sahibini bıçaqla hədələmələri də müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. ​

Femida.az

Açar sözlər: #DİN   #Quldurluq  

Oxunub: 1293