Direktor və müəllimlərin işə qəbulunda yeniliklər olacaq


16:17     26 Aprel 2018 tehsil_nazirliyi_044.jpg

“Bu il məktəb direktorlarının və müəllimlərin işə qəbulu qaydalarında yeniliklər olacaq”.


Femida.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib. Nazirlik rəsmisi qeyd edib ki, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır:

"Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək. Bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub. Direktorların işə qəbulu qaydalarında da dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil".

Femida.az

Açar sözlər: #Təhsil-Nazirliyi   #Müəllim   #Direktor  

Oxunub: 1116


Oxşar xəbərlər