“Paşinyan baş nazir olsun” - Ermənistanda xalq tələb edir


16:55     26 Aprel 2018 2018/04/pasinyan1_1524483189.jpg


Ermənistanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə yenidən hakimiyyət əleyhinə aksiyalar başlayıb.

Femida.az “News.am”-a istinadən xəbər verir ki, etiraz aksiyası İrəvanda “Lambada” körpüsü yaxınlığında keçirilir.

Etirazçılar artıq İrəvanın bir neçə mərkəzi küçəsini bağlayıb və öz liderləri Nikol Paşinyanın ölkənin baş naziri seçilməsini tələb edirlər.

“Respublikaçı partiyasının baş nazir postuna öz namizədini irəli sürmək üçün mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır”, - deyə etirazçı David Sanasaryan bildirib.

Qeyd edək ki, İrəvan hava limanına gedən yol da etirazçılar tərəfindən bağlanılıb.



Femida.az

Açar sözlər: #paşinyan   #ermənistan   #baş_nazir   #siyasət  

Oxunub: 1480