Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə etdi


17:30     26 Aprel 2018 18_04_26_1524734964.jpg


İrəvanda keçirilən etiraz aksiyalarının təşkilatçısı, "Mənim addımım" təşəbbüs qrupunun rəhbəri Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volinkinlə görüşüb.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan açıqlama verib. O bildirib ki, səfir İvan Volinkinlə görüşündə Rusiyanın Ermənistandakı hadisələrə müdaxilə etməyəcəyinə dair vəd verilib.

Görüş Paşinyanın təşəbbüsü ilə baş tutub. O, səfirlə görüşdə Ermənistandakı daxili-siyasi vəziyyət və Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldığını qeyd edib. Lakin Paşinyan bu barədə ətraflı məlumat verməyib.

Femida.az

Açar sözlər: #paşinyan   #Rusiya   #səfir   #siyasət   #Qarabağ   #Ermənistan  

Oxunub: 4221