"Formula-1"də bayraq rəzaləti - FOTO


18:57     26 Aprel 2018 2018/04/20180426-3-2-1_1524740236.jpg


Sabahdan Azərbaycanda “Formula-1” üzrə növbəti Qran-Pri yarışına start veriləcək.

Femida.az xəbər verir ki, yarış öncəsi Media.Az saytı təşkilatçılar tərəfindən böyük yanlışlığa yol verildiyini aşkarlayıb.

Saytın məlumatına görə, təşkilatçılar “Formula-1” izləməyə gələnlərin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər. Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb.

Belə ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınıb, aypara-ulduz səhv istiqamətdə vurulub.



Femida.az

Açar sözlər: #formula_1   #bayraq   #idman  

Oxunub: 2172