OPEK-in Baş katibi Azərbaycana gəlir
18:48 26 Aprel 2018
OPEK-in Baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycana səfər edəcək.
Femida.az xəbər verir ki, M.Barkindonun səfəri bu il may ayının sonunda baş tutacaq.
Qeyd olunur ki o, mayın 30-31-i Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər "Neft və Qaz" yubiley konfransında (Caspian Oil&Gas 2018) iştirak edəcək.
Energetika Nazirliyi və SOCAR Şirkətinin rəsmi dəstəyi ilə keçiriləcək konfransda Xəzər regionu və Azərbaycanın neft-qaz sənayesinin inkişafı perspektivlərinə dair məsələlərə toxunulacaq. Xüsusilə, neft-qaz layihələrinə sərmayələr, SOCAR-ın həm neft hasilatı, həm də neft-kimya və neft emalı sahəsində həyata keçirdiyi layihələr, ekologiya və sənaye təhlükəsizliyi sahələrində qabaqcıl texnologiyaların tətbiqi və milli kadrların hazırlanması məsələləri müzakirə olunacaq.
Konfransda o cümlədən, məruzəçi qismində Petro Vietnam Oil and Gas Group-un prezidenti və icraçı direktoru Çao Xoai Duonq, Total şirkətinin Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klement, ENI şirkətinin Mərkəzi Asiya üzrə ictaçı vitse-prezidenti Luka Viqnati və Saipem şirkətinin icraçı direktoru Stefano Çaonun iştirakı gözlənilir.
Femida.az
Oxunub: 1226
Oxşar xəbərlər
- Trampdan OPEK-ə çağırış
- OPEK qərarını verdi
- OPEK neft hasilatının həcmini artıracaq
- Tramp OPEK-i ittiham etdi: Qiyməti süni şəkildə qaldırırlar
- OPEK dünyanın neftə olan tələbatını proqnozlaşdırdı
- OPEK: Azərbaycanda neft hasilatı azalacaq
- OPEK neftə tələbat üzrə proqnozu artırıb
- OPEK ölkələri razılığı gəldilər - Sazişin müddəti uzadıldı
- Bu ölkənin OPEK-ə üzvlüyü dayandırıldı
- OPEK razılığa gəldi - Neft hasilatı azaldılacaq