Sınaq imtahanı keçiriləcək
19:43 26 Aprel 2018
Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 29-da 12 şəhər və rayonda sınaq imtahanları keçirəcək.
DİM-dən Femida.az-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 56 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 29925 abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
İmtahanların idarə edilməsi üçün 182 imtahan rəhbəri, 1785 nəzarətçi-müəllim ayrılıb.
İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.
Femida.az
Oxunub: 1255
Oxşar xəbərlər
- Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?
- Sınaq imtahanlarının vaxtı açıqlandı
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanı başlayır - Qiyməti 3 manatdır
- Sınaq imtahanları başlayır
- Sınaq imtahanlarına qeydiyyat başlayıb
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanı keçiriləcək
- Sınaq imtahanlarına qeydiyyat başa çatır
- Sınaq imtahanına qeydiyyat davam edir