Deputatlığa namizəd olmuş şəxsin cəzası azaldıldı

Deputatlığa namizəd olmuş şəxsin cəzası azaldıldı


20:28     26 Aprel 2018 hokm03.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputatlığa namizəd Nəsimi Qədirovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Femida.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə N.Qədirovun ərizəsinə baxılıb.

O, ötən ilin dekabr ayında qanunvericiliyə edilən dəyişikliyə əsasən cəzasının yüngülləşdirilməsini istəyib.

Belə ki, dəyişikliklərə görə, əvvəl 10 min manatdan yuxarı məbləğ külli miqdar hesab edilirdisə, indi bu rəqəm 50 min olub.

Məhkəmə qərarına əsasən, N.Qədirovun ittiham olduğu 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilib və onun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il 6 aya endirilib.

İttiham aktına əsasən, N.Qədirov müxtəlif vədlər verərək Bakı şəhər sakinləri Hafiz Əliyev, Zakir Əsgərov və Çimnaz Həsənovanın pullarını mənimsəyib. O, "Qartal" MMC tikinti şirkətinin rəhbəri Şahin Məmmədovu tenderdə qalib edəcəyinə inandırıb və onun 90 min manatını alıb.

Ümumilikdə cinayət işində zərərçəkmişlərə dəymiş ziyan yarım milyondan çoxdur. N.Qədirov şirkət rəhbərlərini aldatmaq üçün xüsusi yerlərdən istifadə edib. O, "Sahil" metrosunun üstündə yerləşən binada ayı 10 min manata olan kirayə ofis götürüb və pullu şəxsləri həmin ofisə dəvət edib. N.Qədirov insanlara vəzifədə işləyən adamları olduğunu deyib. Həmin şəxsləri inandırmaqla pullarını mənimsəməyi bacarıb.

Həmin zaman məhkəmənin hökmü ilə N.Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, "Gənc Heydərcilər" Ümumrespublika Gənclər Birliyinin İdarə Heyətinin sədri olan N.Qədirov 2010-cu ildə anadan olduğu Gədəbəy rayonundan deputatlığa namizəd olub və İTV-də çıxışlar edib.

Femida.az

Açar sözlər: #Hökm   #Hakim   #Məhkəmə  

Oxunub: 1411