Sığınacaqlarda 167 nəfərə sosial xidmət göstərilib
20:37 26 Aprel 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə bu vaxta qədər 167 nəfərə sosial xidmət göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, onlardan 101 nəfəri yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial sığınacağa, 66 nəfəri isə uşaqlar olduğundan Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial sığınacağa və Reabilitasiya müəssisəsinə yerləşdiriliblər. Həmin insanların qanunvericilikdə nəzərdə tutulmuş qaydada stasionar şəraitdə sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı, ən başlıcası, normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası üçün məqsədyönlü işlər aparılıb.
Sosial sığınacağa qəbul edilmiş yaşayış yeri olmayan 18 yaşdan yuxarı olan vətəndaşların Sosial sığınacağı tərk edərkən məşğulluq orqanları ilə birgə onların məşğulluğuna köməklik göstərilir. Həmçinin yetkinlik yaşına çatmayanların Sosial sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə aidiyyəti tədbirlər görülür.
Artıq 5 aydan çoxdur ki, fəaliyyət göstərən hər iki müəssisədə müasir tələblərə uyğun şərait vardır. Sosial sığınacaqlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Hazırda isə bu müəssisələrdə 28 nəfərə (o cümlədən 18 yaşdan yuxarı 9 nəfərə, yetkinlik yaşına çatmamış 19 nəfərə) sosial xidmətlər davam etdirilir.
Femida.az
Oxunub: 1225
Oxşar xəbərlər
- "Hazırda Mərkəzi Elmi Kitabxananın vəzifəli şəxslərinin cinayət işinin istintaqı davam etdirilir"
- Kitabxanaçıya qarşı dələduzluq edən “Azərpoçt” əməkdaşının məhkəməsi başlayıb
- Azərbaycanda 3 minə yaxın kitabxana var
- Ermənilər Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min dollar ziyan vurub
- TƏBİB-dən kitabxanalarla bağlı qadağa
- Muzey və kitabxanalara giriş məhdudlaşdırıldı
- Milli Kitabxana koronavirusa görə bağlandı
- Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
- Ödənişli kitabxana xidmətlərinə aydınlıq gətirildi
- Ödənişli kitabxana xidmətlərinə aydınlıq gətirildi