Hesablama Palatası beynəlxalq təşkilata üzv oldu


21:47     23 Sentyabr 2015 15f9cc75-cb2c-4396-a730-13889344767d.jpg

Azərbaycan Respublikası Hesablama Palatası beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirmək istiqamətində növbəti addım olaraq INTOSAI-ın qlobal prioritetliyə malik sahələlərdən biri olan dövlət borcu sahəsində fəaliyyət göstərən Dövlət borcu üzrə İşçi Qrupuna tamhüquqlu üzv qəbul edilib.


Hesablama Palatasından Femida.az-a verilən məlumata görə, INTOSAI üzvlərinin 1989-cu ildə Almaniyanın Berlin şəhərində keçirilmiş XIII Konqresində (INCOSAI) dövlət borcu ilə əlaqədar məsələlərə böyük marağının olması səbəbindən INTOSAI İdarə Heyətinin 1991-ci il tarixində keçirilmiş 35-ci toplantısında Dövlət Borcu Komitəsinin yaradılmasına qərar verib.

Sədrliyini Meksika Ali Audit Qurumunun həyata keçirdiyi İşçi Qrupun üzvləri ABŞ, Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Çili, Çin, Fici, Finlandiya, Hindistan, İndoneziya, İordaniya, Misir, Litva, Koreya Respublikası, Moldova, Portuqaliya, Qabon, Rumıniya, Rusiya Federasiyası, İsveç, Ukrayna, Yəmən və Zamibiya AAQ-larından ibarətdir.

Dövlət Borcu üzrə İşçi Qrupun öhdəlikləri aşağıdakılardan ibarətdir:
• Müvafiq hesabatverməni və dövlət borcunun əsaslı idarəetməsini dəstəkləmək üçün AAQ-ların istifadə edəcəyi təlimat və digər sənədlər hazırlamaq və dərc etmək;

• Dövlət borcu öhdəliklərinin auditi və qiymətləndirilməsi ilə əlaqədar öhdəliklərin və prosedurların hazırlanması üçün əsas məsələlərin müəyyən edilməsi və 3-cü Məqsəd qrupunun Sədrinə, Rəhbər Komitəyə, 3-cü Məqsəd qrupunun əsas komitəsinə INTOSAI İdarə Heyətinə və INCOSAI-a hesabat vermək;

• 3-cü Məqsəd qrupunun Rəhbər Komitəsinin, 3-cü Məqsəd qrupunun əsas komitəsinin, INTOSAI İdarə Heyətinin və INCOSAI-ın toplantılarında paylanma və müzakirə üçün dövlət borcu tərifinin, hesabatvermənin və audit keçirilməsi ilə əlaqədar məsələlərin yoxlanması üçün sənədlərin hazırlanması;

• dövlət borcu ilə əlaqədar məsələlərlə məşğul olan digər qurum və ya beynəlxalq təşkilatlarla, həmçinin tədqiqat qrupları ilə əlaqə saxlamaq və bilik mübadiləsi aparmaq;

Açar sözlər:

Oxunub: 816