Kanaldan meyiti tapılan qızın kimliyi bilindi


21:43     26 Aprel 2018 2018/04/meyit-olu_1524750470.png

Siyəzən rayonunun Ağbaş kəndi ərazisində Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.



Femida.az APA-ya istinadən xəbər verir ki, onun Şabranın Ağbaş kənd sakini, 2002-ci il təvəllüdlü Məcidova Mədinə Tahir qızı olduğu məlum olub.

Qeyd edək ki, həmin şəxsin meyiti bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində aşkar edilib.

Hadisənin səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 879