Meşədən silah-sursat tapıldı - Sabirabadda əməliyyat


22:27     26 Aprel 2018 2018/04/2-1_1524751673.jpg

Sabirabadda xeyli sayda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən rayonun Azad kəndi ərazisində sahilboyu meşə zolağında sintetik torbada 70 ədəd güllə ilə birlikdə 1 ədəd “ TOZ-8” tüfəngi, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 30 ədəd pulemyot patronu, 58 ədəd 7,62 mm-lik avtomat patronu, 4 ədəd fişəng və beşaçılan silahına məxsus ehtiyat hissələri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Silah-sursat   #DİN   #Avtomat  

Oxunub: 1266