Azərbaycanda 570 uşaq nəzarətə götürüldü
01:23 27 Aprel 2018
Azərbaycanda uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilib.
Femida.az-ın məlumatına görə, bu barədə İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatında deyilir.
Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Həmin uşaqlara müvafiq qayğı və yardım göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Femida.az
Oxunub: 2218
Oxşar xəbərlər
- Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb