"Məhkəmə hakimlərinin 60 faizi təzələnib" - Ədliyyə naziri
02:05 27 Aprel 2018
Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılıb, bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib.
Femida.az xəbər verir ki, Ədliyyə Nazirliyinin kollegiya iclasında çıxış edən nazir Fikrət Məmmədov bildirib ki, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılıb, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülüb.
Kollegiya iclasında probasiya nəzarətinin təsbit olunması, alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması vurğulanıb. Həmin vasitələrin tətbiqi qaydalarının bu ərəfədə Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi bildirilərək elektron qolbaqların geniş tətbiqinə və ictimai təqdimatın keçirilməsinə dair aidiyyəti tapşırıqlar verilib.
İclasda həmçinin, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunub, cari ilin birinci rübündə Məhkəmə ekspertizası mərkəzinə 40 ekspert ixtisası üzrə 8 min işin daxil olduğu və bu zaman ekspertlər tərəfindən 96 min suala cavab verilməklə qaldırılmış məsələlərin 98,5%-nin həllinə nail olunduğu qeyd edilib.
Femida.az
Oxunub: 3798
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
- Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb