Paşinyan Gümrüdə avtoyürüş keçirəcək


13:18     27 Aprel 2018 2018/04/7EB0127F-1948-4EF8-8ECB-2C299364E77E_1524805925.jpeg

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bu gün ölkənin ikinci böyük şəhəri hesab edilən Gümrüdə avtoyürüş keçirmək niyyətindədir.

Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiya 15.00-a planlaşdırılıb.

“Ümid edirik, Gümrünün qonaqpərvər sakinləri bizi şəhərin girişində qarşılayacaqlar”, - deyə deyə Nikol Paşinyan ötən gün axşam mitinqdə bildirib.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib.

Femida.az

Açar sözlər: Paşinyan   Ermənistan   Gümrü  

Oxunub: 810