Azərbaycana 151 ölkədən turist gəlib


20:50     27 Aprel 2018 1426079192_turistbaki.jpg

2018-ci ilin I rübündə Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Femida.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin aprel sayında bildirilib. 2018-ci ilin mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 105,8 milyon manat təşkil edib və ötən ilin mart ayı ilə müqayisədə 16 faiz artıb.

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 18 faiz artaraq 296,7 milyon manat təşkil edib.

Eyni zamanda 2018-ci ilin yanvar-mart ayı ərzində "Azexport.az" portalına 185,6 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub. Bu ilin mart ayı ərzində "Azexport.az" portalına 66,5 mln. ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 mart tarixinə kimi "Azexport.az" portalına dünyanın 90 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 660,6 mln. ABŞ dolları təşkil edib.

Həmçinin, “İxrac İcmalı”nın aprel sayında Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatının verilməsinə başlanılması, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin sahibkarlara göstərdiyi xidmətlər, bal ixracı ilə bağlı aparılan araşdırma, və s. məsələlər barədə də məlumatlar verilib.

Femida.az

Açar sözlər: #Əcnəbi   #Bakı   #Turist  

Oxunub: 1094