Yeni qaydalar Komissiyaya təqdim edildi
21:06 27 Aprel 2018
“Yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək”
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, İşçi qrupun sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.
İclasda o da bildirilib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb.
İşçi qrupu öz işini yekunlaşdıraraq yeni qaydaları Orfoqrafiya Komissiyasına təqdim edib.
Qeyd edək ki, 4 ay müddətində Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.
Femida.az
Oxunub: 1416
Oxşar xəbərlər
- Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye
- Yeni ildən 2 milyondan çox insanın sosial ödənişlərı artacaq
- Yeni ştamm “narahatlıq doğuran variant” kateqoriyasına aid edilib
- Yeni ildə neçə gün tətil olacaq?
- Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası başlayıb
- Yeniyetmə kanalda boğuldu
- Yeni sayğaclarda balansı internet üzərindən artırmaq mümkün olacaq
- Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur
- Yeni Türkiyə səfirindən ilk açıqlama
- Yenidən qurulan "Şərq bazarı"nda işlər hansı mərhələdədir? - FOTO