Üç ayda xaricə 80,7 milyonluq meyvə-tərəvəz satılıb


01:59     28 Aprel 2018 meyve.jpg

2018-ci ilin I rübü ərzində meyvə-tərəvəzin ixracı 80,7 milyon dollar olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda yer alan məlumata görə, yanvar-mart aylarında tomatın (pomidor) ixracı 24 milyon, qabığı təmizlənmiş meşə fındığının ixracı 23,7 milyon, xurmanın ixracı 19,1 milyon dolları təşkil edib.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin mart ayında ən çox ixrac sifarişi şərab, yumurta, nar şirəsi, alma, fındıq ləpəsi, qənnadı məhsulları, pomidor, buğda kəpəyi, makaron, çay, zəfəran, pambıq yağı, tibbi tənzif, dekorativ güllər, konservləşdirilmiş ət və başqa mallara daxil olub.

Açar sözlər:

Oxunub: 1171