Azərbaycan tankeri Danimarkada həbs edildi


13:41     28 Aprel 2018 18_04_28_1524894040.jpg


“Lukoil”un törəmə şirkəti “Litasco” “Palmali Shipping” şirkətinə məxsus iki tankerin həbsinə nail olub.

Femida.az- “Ölkə.Az”a istinadən xəbər verir ki, tankerlərdən biri Danimarkanın “Aalbaek Bay” limanında bir neçə gün əvvəl həbs edilib. İkinci gəmi isə Estoniya limanlarından birində saxlanılıb. Bildirilir ki, gəmilər “Palmali Shipping” şirkətinin bunker ödəmələrinə görə yaranan borcuna görə saxlanılıb.

Danimarkada saxlanılan tanker Azərbaycanın mərhum naziri Natiq Əliyevin adını daşıyır. Estoniyada saxlanılan tanker isə 2002-ci ildə inşa edilmiş “Bozdağ” gəmisidir.
“Litasco” şirkəti gəmilərin saxlanılması xəbərini şərh etmir. Danimarkada saxlanılan gəminin tərkində 12 nəfər var və onlar Rusiya vətəndaşlarıdır.

Qeyd edək ki, bu ilin əvvəlində Mübariz Mənsimov London məhkəməsinə “Litasco” şirkəti ilə iki milyard dollarıq iddia ilə müraciət edib. Oliqarx bəyan edib ki, “Lukoil” və “Palmali” arasında neft daşınmasına görə 10 illik müqavilə imzalanıb. Amma tezliklə “Lukoil” müqaviləni pozub və nəticədə azərbaycanlı iş adamına milyardlarla ziyan dəyib.

Femida.az

Açar sözlər: #tanker   #Danimarka   #Azərbaycan   #gəmi  

Oxunub: 1809