Təcridxanaya “Coca-Cola” qabında spirtli içki gətirdi


15:20     28 Aprel 2018 2018/04/fcaaf55d-dd80-49ab-9c0d-748f3353dfeb-1524898968_1524900186.jpg

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsənov Rahib Nüdrət oğlunun yanına qısamüddətli görüşə gələn qardaşı Ağcabədi rayon sakini Həsənov Samiq Nüdrət oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən çantasında olan “Coca-Cola” qabında spirtli maddə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Araq   #Spirt   #Təcridxana  

Oxunub: 1634