Spirtli içki satışı qadağan ediləcək - Türkiyədə


15:47     28 Aprel 2018 alkoqol%20icki%20araq7.jpg

Türkiyədə 2018-ci il iyunun 24-də prezident seçkiləri günü alkoqollu içkilərin satışı qadağan ediləcək. Bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının şənbə günü yaydığı sənəddə deyilir.

Məlumatda deyilir ki, seçki keçirilən gün səhər saat 06:00-dan gecə saat 00:00-a qədər bütün Türkiyə ərazisində alkoqollu içkilərin satışı qadağan olunacaq.

Seçkilər günü ölkədə həmçinin kafe və əyləncə mərkəzlərinin də bağlı olacağı qeyd olunur.

Femida.az

Açar sözlər: #Türkiyə   #seçki   #içki   #satış  

Oxunub: 2554