Altı yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlandı


18:57     04 Aprel 2015 bas_prokuror4.jpg

Bakıda 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.


Femida.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov bildirib. Onun sözlərinə görə, həmin faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.  

 

Qeyd edək ki, hadisə "Loğman" klinikasında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Murad Qurbanzadə rayon ərazisində yerləşən “Loğman” klinikasında burun-boğaz əməliyyatı olunub. Uşaq əməliyyatdan bir həftə sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Femida.az

Açar sözlər:

Oxunub: 482