Fikrət Məmmədov Avropa Parlamentinin məruzəçisi ilə görüşüb


19:30     28 Aprel 2018 18_04_28_1524908585.jpg

Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai ilə görüşüb.


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunan görüşdə ölkə Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən tədbirlər, o cümlədən cinayət qanunvericiliyinə 300-ə yaxın mühüm dəyişikliklərin edilməsi, həbs edilmiş şəxslərin sayının azalması, Probasiya xidmətinin fəaliyyəti, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi, habelə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş islahatlar barədə məlumat verilib, bu sahədə Azərbaycanın Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin qaliblərindən olduğu və digər nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına layiq görüldüyü qeyd olunub.

Qonaq Azərbaycan Prezidentinin Sərəncamının müstəsna əhəmiyyətini qeyd edərək dövlətimizin cəza siyasətinə humanist yanaşmasını təqdir edib, bu sahədə atılan addımların digər ölkələr üçün önəmini vurğulayıb. Xanım N.Nikolai, həmçinin ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyi üzrə həyata keçirilən islahatları böyük maraqla qarşılayaraq faydalı fikir mübadiləsi aparıb.

Səmərəli müzakirələr zamanı Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi, o cümlədən probasiya, mediasiya və digər prioritet sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub, qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev iştirak edib.

Açar sözlər:

Oxunub: 1533