İŞİD-in lideri məhv edildi


21:21     28 Aprel 2018 18_04_28_1524910929.jpg


Yəməndə xüsusi təyinatlı dəstə şənbə günü əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının yerli başçılarından birini öldürüb, həmçinin üç döyüşçünü tutub.

Bu haqda “RİA-Novosti” agentliyinə yerli güc strukturlarındakı mənbə bildirib.

“İŞİD-in Aden-Abyan vilayəti üzrə əmiri Saleh Naser əl-Baxşi terrorizmlə mübarizə üzrə güclərin əməliyyatının gedişatında şənbə günü səhər saatlarında məhv edilib. O, qruplaşmanın başqa döyüşçüləri ilə Ədənin şimali-şərqində gizlənirdi”, - mənbə deyib.

Onun sözlərinə görə, əl-Baxşi təslim olmaqdan imtina edib və atışmada öldürülüb. Bir hərbçi toqquşmanın qurbanı olub, daha iki nəfər yaralanıb.

Qeyd edək ki, son illərdə İŞİD terrorçuları Yəməndə öz aktivliyini artırıblar./publika.az

Femida.az

Açar sözlər: #İŞİD   #lider   #terror  

Oxunub: 1156