“ASAN Xidmət”in yeni sədri kollektivə təqdim edildi - FOTO


23:03     28 Aprel 2018 2018/04/31441255-1885888751421964-4333229789545496576-n-1524923579_3049855680.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yeni sədri kollektivə təqdim olunub.


Femida.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Dövlət Agentliyinin yeni sədri Ülvi Mehdiyevi kollektivə təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 27-də imzaladığı sərəncamla Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.




Femida.az

Açar sözlər: #ASAN-Xidmət   #Ülvi-Mehdiyev   #Fuad-Ələsgərov  

Oxunub: 4865


Oxşar xəbərlər