32 mərtəbəli binadakı yanğınla bağlı RƏSMİ MƏLUMAT


00:20     29 Aprel 2018

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 32 mərtəbəli binanın (hazırda istismar olunmur) metal konstruksiyalardan ibarət xarici divar üzlüyünün altına çəkilmiş şüşə-pambıq örtüyü 390 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: Yanğın   FHN   Bina  

Oxunub: 1424