75 dövlət əmlakı özəlləşdiriləcək


16:04     30 Aprel 2018 emlak%20herrac.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 may tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.


Komitədən Femida.az-a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 75 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 3-ü kiçik dövlət müəssisə və obyekti, 13-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Salyan broyler”, “Qax Taxıl”, “Ağdaş Quşçuluq“, “Salyan Aqrotexservis”, “Yevlax Kəndnəqliyyat“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.


Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir: "Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Salyan broyler” Açıq Səhmdar Cəmiyyətidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olur. Bu əmlaklar paytaxtla yanaşı respublikanın digər rayonlarında da yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi müxtəlif olur. Bu isə alıcıların seçim imkanını artırır. Bununla investor biznes planına uyğun əmlakı rahatlıqla seçə bilir".

Femida.az

Açar sözlər: Hərrac   İnvestor   Özəlləşdirmə  

Oxunub: 1215